“Sabah” – “Zirə” oyununun vaxtı açıqlandı
06.11.2020 , 16:52

Azərbaycan Premyer Liqasının IX turunda bu gün keçirilməli olan və təxirə salınan “Sabah” – “Zirə” matçının vaxtı açıqlanıb.
Korner.az xəbər verir ki, noyabrın 8-də keçiriləcək oyun saat 17:00-da başlayacaq.
Sözügedən oyun “Sabah”ın bəzi futbolçularında koronavirus şübhəsi təsbit edildiyi üçün təxirə salınıb.
Azərbaycan Premyer Liqası
IX tur
8 noyabr (bazar)
17:00.”Sabah” – “Zirə”
“Bank Respublika Arena”
