“Sabah” – “Zirə” oyunu koronavirusa görə təxirə salındı
06.11.2020 , 12:40

Azərbaycan Premyer Liqasının IX turunun “Sabah” – “Zirə” oyunu təxirə salınıb.
Korner.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün “Sabah” – “Zirə” matçı bu gün baş tutmayacaq. Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.
