“Sabah” yoxlama oyunu keçirəcək
17.07.2023 , 14:20

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Sabah”ın yoxlama oyunundakı sonuncu rəqibi məlum olub.
Korner.az xəbər verir ki, komanda Yunanıstanın “Olimpiakos” klubu ilə qarşılaşacaq. İyulun 19-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
“Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Al-Sadd” (3:1), ikinci matçda isə Almaniyanın “Sankt-Pauli” (1:4) klubuyla qarşılaşıb.
