“Sabah” yoxlama oyunu keçirəcək
14.01.2020 , 22:56

“Sabah”, yanvarın 15-də hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.
Korner.az xəbər verir ki, komanda Rumıniyanın “Akademika” (Klinçeni) klubu ilə qarşılaşacaq.
Belekdəki “Titanik Mardan” stadionunda keçiriləcək oyuna yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 18:30-da) start veriləcək.
Qarşılaşma “Sabah”ın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
