“Sabah” yeni transferini rəsmən açıqladı
29.12.2019 , 15:59
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Mario Marina bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 30 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə bağlanıb. Məlumatı klubun saytı yayıb.
Karyerası ərzində Xorvatiyanın “Dinara Knin”, “Imotski”, “Krka Lozovats”, “Zaqora”, “Şibenik” və Bosniya və Herseqovinanın “Şiroki Briyeq” komandalarında çıxış etmiş Marinanın son klubu “Qoritsa” (Xorvatiya) olub.