“Sabah” “Verona”ya da uduzdu
14.12.2019 , 21:15

Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən “Audi Cup”da iştirak edən “Sabah”ın U-14 komandası turnir çərçivəsində növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, təmsilçimiz bu dəfə İtaliyanın “Verona” klubuyla qarşılaşıb və 3:1 hesabı ilə uduzub. Matçda “Sabah”ın yeganə qoluna Mirhafiz Talışzadə imza atıb.
Xatırladaq ki, U-14 bundan öncə “Audi Cup”da İspaniyanın “Levante” (1:3) və Gürcüstanın “Saburtalo” (1:3) komandaları ilə qarşılaşmışdı.
