“Sabah” vətənə qayıtdı
23.01.2019 , 20:44
“Sabah” Antalya toplanışını başa vurub.
Paytaxt klubu bu gün Bakıya qayıdıb.
Qeyd edək ki, yanvarın 2-dən Türkiyədə olan komanda toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayıb. “Sabah” Türkiyənin “Əskişəhərspor” (1:0) və Macarıstanın “MTK Budapeşt” (3:1) klublarını məğlub edib, Qazaxıstanın “Tobol” (2:2) və İsveçrənin “Syon” klubunun (4:4) U-21 komandası ilə heç-heçə edib.
