“Sabah” və “Zirə” oyunlarının başlama vaxtı açıqlandı
02.08.2024 , 17:19

“Sabah” və “Zirə”nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki oyunlarının başlama saatları bəlli olub.
Korner.az xəbər verir ki, avqustun 8-də keçiriləcək “Sent-Patriks Atletik” (İrlandiya) – “Sabah” oyunu Bakı vaxtı ilə saat 22:45-də başalayacaq. Komandalar arasında avqustun 15-də “Bank Respublika Arena”da oynanılacaq matç isə saat 20:00-da start götürəcək.
Avqustun 8-də Xorvatiyada keçiriləcək “Osiyek” (Xorvatiya) – “Zirə” matçının start fiti Bakı vaxtı ilə 22:00-da veriləcək. Avqustun 15-i “Dalğa Arena”da keçiriləcək cavab matçının başlama saatı isə 20:30-dur..
