“Sabah” ukraynalı qapıçı ilə anlaşdı
26.04.2019 , 17:31

“Sabah” FK heyətini yeni futbolçu ilə gücləndirib.
Klubun rəsmi saytına istinadən verilən xəbərə görə, ukraynalı qapıçı Dmitri Bezruk bundan sonra “Sabah” klubunun uğurları üçün çalışacaq. 23 yaşlı qapıçı ilə 3 illik müqavilə bağlanıb.
Ukraynanın “Çernomorets” (Odessa) klubunun yetirməsi olan Bezruk, peşəkar karyerasında ancaq bu komandada çıxış edib. O, Ukraynanın U-17, U-19 və U-21 millilərinin şərəfini qoruyub.
Qeyd edək ki, Bezruk yeni komandasında 32 nömrəli forma ilə çıxış edəcək.
