“Sabah” üçün əlamətdar oyun
16.10.2022 , 13:41

“Sabah” Premyer Liqada 20-ci ev qələbəsini qazanıb.
Korner.az xəbər verir ki, yubiley “Zirə” ilə qarşılaşmaya təsadüf edib. Misli Premyer Liqasının X turunun matçında meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. “Sabah” 20-ci qələbəsini 57-ci oyununda əldə edib.
Bakı klubu öz meydanında ən azı 20 dəfə üç xal qazanan 32-ci komanda olub. Paytaxt təmsilçisi eyni sayda qələbə əldə edən “Səbail”lə “Bakılı”ya çatıb.
“Sabah” Premyer Liqadakı ilk ev qələbəsini 2018-ci il sentyabrın 16-da “Qəbələ” üzərində qazanıb – 1:0.
