“Sabah” Türkiyəyə yardım göndərdi
08.02.2023 , 20:59

“Sabah” Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlər üçün yardım göndərib.
Korner.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, qonşu ölkədə zəlzələdən zərər çəkmiş insanlar üçün ayrılmış yardımın ilk partiyası göndərilib.
“Soldati Di Sabah” fanklubunun başlatdığı yardım kampaniyasına “Sabah” Futbol Klubu, klubun futbolçuları və əməkdaşları da dəstək veriblər.
