“Sabah”dan qələbə, Sumqayıtda heç-heçə
29.11.2022 , 18:27

Bu gün Misli Premyer Liqasında XV tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Turan Tovuz” “Sabah”ı qəbul edib və 0:1 hesabı ilə uduzub.
Turun son matçında “Sumqayıt” evdə “Qəbələ”nin müqavimətini qırmağa çalışıb. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Azərbaycan Premyer Liqası
XV tur
29 noyabr
14:00 Turan Tovuz – Sabah – 0:1
Qol: Aleksey Kaşuk, 79
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
Tovuz şəhər stadionu.
16:30 Sumqayıt – Qəbələ – 1:1
Qollar: Todor Todoroski, 79 – İsnik Alimi, 74 (pen.)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. Şəhər stadionu
