“Sabah” və “Neftçi”dən qələbə
16.09.2022 , 22:38

Bu gün futbol üzrə Misli Premyer Liqasında 7-ci tura start verilib.
Korner.az xəbər verir ki, turun açılış matçı Masazırda keçiriləcək. “Sabah” özü kimi mövsümə yaxşı start verən “Turan Tovuz”u qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
Günün ikinci oyununda “Neftçi” “Səbail”lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
Sabah turun bir oyunu keçiriləcək. “Qəbələ” doğma meydanda cari mövsümdə qələbəyə həsrət qalan “Sumqayıt”ı sınağa çəkəcək.
Tura sentyabrın 18-də yekun vurulacaq.
Misli Premyer Liqası, 7-ci tur
16 sentyabr
18:00 Sabah – Turan Tovuz – 3:1
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Kamran Bayramov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
“Bank Respublika Arena”
20:30 Səbail – Neftçi – 0:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: İnqilab Məmmədov
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”
17 sentyabr
19:00 Qəbələ – Sumqayıt
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
Qəbələ şəhər stadionu
18 sentyabr
18:00 Kəpəz – Şamaxı
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
Qəbələ şəhər stadionu
20:30 Zirə – Qarabağ
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
Zirə İdman Kompleksinin stadionu
