“Sabah” Gürcüstan klubuna uduzdu
26.07.2021 , 22:09

Yeni mövsümün hazırlığını Gürcüstanda davam etdirən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv “Telavi” klubu ilə qarşılaşıb. Görüş “Sabah”ın məğlubiyyəti ilə bitib – 1:3.
“Sabah” Gürcüstanda ilk yoxlama oyununda “Şukura”ya 1:0 hesabı ilə qalib gəlib, ikinci görüşdə “Samqurali”yə eyni hesabla uduzub. Komanda ayın 28-də “Saburtalo” ilə də yoxlama oyunu keçirəcək.
