“Simqayıt” “Sabah”a qalib gəldi, “Qarabağ” “Zirə” ilə heç-heçə etdi
25.10.2020 , 18:02

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncun oyun günündə də iki qarşılaşma baş tutub.
Günün ilk görüşündə “Sabah” “Sumqayıt”la üz-üzə gəlib. Masazır təmsilçisi bu görüşdə məğlub olub – 1:2.
Turun qapanış matçında isə son çempion “Qarabağ” səfərdə “Zirə” ilə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə bitib – 0:0.
Azərbaycan Premyer Liqası
VII tur
25 oktyabr
14:00. “Sabah” – “Sumqayıt” – 1:2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”.
16:00. “Zirə” – “Qarabağ” – 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev.
Zirə İdman Kompleksinin stadionu.
