“Sabah” “Sumqayıt”a məğlub oldu
05.09.2020 , 22:51

“Sabah” çempionatdakı fasilədən yararlanaraq bu gün yoxlama görüşünə çıxıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi “Sumqayıt”la qarşılaşıb. Meydan sahibləri bu görüşdə məğlub olub – 1:3.
Qeyd edək ki, “Sabah” Premyer Liqanın ilk turunda səfərdə “Qarabağ”a məğlub olub- 2:0. “Sumqayıt” isə evdə “Keşlə”yə 1 qolla uduzub.
5 sentyabr
Yoxlama oyunu
“Sabah” – “Sumqayıt” – 1:3
Qollar: Kevin Kubemba – Əli Qurbani (dubl), Murad Xaçayev
Masazır, “Bank Respublika Arena”
