“Neftçi” və “Sabah”dan qələbə
23.10.2021 , 20:10

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Sabah” evdə “Sumqayıt”ı qəbul edib və 3:0 hesabı ilə qalib gələrək, ilk qələbəsini qazanıb. Digər görüşdə isə “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Görüş “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə bitib.
23 oktyabr (şənbə)
16:00. “Sabah” – “Sumqayıt” – 3:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov
“Bank Respublika Arena”
18:15. “Neftçi” – “Zirə” – 2:1
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
“Bakcell Arena”
