“Sabah” “Spartak”la heç-heçə etdi
21.01.2020 , 19:15

Antalyada təlim-məşq toplanışına davam edən “Sabah” bu gün son yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, Jetko Sopiçin komandası Rusiyanın “Spartak” klubunun əvəzediciləri ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Paytxat təmsilçisi bundan əvvəlki yoxlama matçlarında “Kaysar”a (Qazaxıstan) 3:1 hesabı ilə qalib gəlib, “Akademika Klinçeni” (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub.
Yoxlama oyunu
21 yanvar
17:00. “Sabah” – “Spartak 2” – 2:2
Qollar: Marko Deviç, Cavid Nuriyev
