“Sabah” “Şamaxı”nı məğlub etdi
12.01.2025 , 17:42

Mövsümün ikinci dövrəsinə hazırlıqlarını davam etdirən “Sabah” bu gün ilk yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv “Şamaxı”nı qəbul edib.
“Bank Respublika Arena”da baş tutan görüşdə bölgə təmsilçisi məğlub olub – 0:2.
“Şamaxı” hazırlıq çərçivəsində daha öncə “Zirə”yə 1:3 uduzmuşdu.
