“Qarabağ” və “Sabah”dan qələbə
06.11.2022 , 20:57

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə 2 görüş keçirilib.
Əvvəlcə “Sabah” “Səbail”in qonağı olub və 2:0 hesablı qələbə qazanıb. Günün digər matçında isə lider “Qarabağ” “Kəpəz”i qəbul edib. Görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XIII tur
6 noyabr (bazar)
15:00. “Səbail” – “Sabah” – 0:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rəşad Əhmədov
“ASCO Arena”
19:00. “Qarabağ” – “Kəpəz” – 3:1
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Fərid Hacıyev
Tofiq Bəhramov adına Respublika Stadionu
