“Sabah” – “Səbail” oyunu 50 manata
05.12.2023 , 14:04

“Sabah” Azərbaycan Premyer Liqasının növbəti turunda Masazırda “Səbail”lə qarşılaşacaq.
Korner.az xəbər verir ki, görüşün biletləri satışa çıxarılıb. Biletlərin qiyməti 1,2, 5 və 50 AZN-dir.
Matça biletləri onlayn şəkildə “iticket.az” saytından (https://iticket.az/events/sport/sabah-fk-sebail-pfk/105792), həmçinin matç günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.
Dekabrın 10-da keçiriləcək oyuna saat 15:00-da start veriləcək.
