“Sabah” – “Səbail” matçının vaxtı açıqlandı
04.07.2018 , 10:53

2018/19 mövsümünə hazırlığı davam etdirən “Sabah”ın növbəti yoxlama oyununun vaxtı müəyyənləşib.
Premyer Liqada debüt etməyə hazırlaşan bu komanda iyulun 7-də “Səbail”lə üz-üzə gələcək.
“Bayıl Arena”da keçiriləcək matç saat 18:30-da start götürəcək.
