“Qarabağ”dan qələbə, “Sabah” “Səbail”lə heç-heçə etdi
23.02.2020 , 19:58

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulacaq.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutacaq.
Ilk matçda “Sabah” və “Səbail” üz-üzə gələcək. Turun qapanış matçında isə lider “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq.
Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” evdə “Neftçi”yə 0:2 hesabıyla uduzubsa, “Keşlə” “Zirə”yə 4:0 qalib gəlib.
Azərbaycan Premyer Liqası
XVIII
23 fevral
“Sabah” – “Səbail” – 0:0
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Rəhim Həsənov.
Masazır. “Bank Respublika Arena”, 16:00.
“Qarabağ” – “Sumqayıt” – 1:0
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Cavanşir Yusifov, Orxan Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.
