“Neftçi” “Turan Tovuz”a qalib gəldi
10.12.2023 , 20:06

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günü iki qarşılaşma keçirilib.
Günün ilk qarşılaşmasında “Sabah” “Səbail”i qəbul edib və 4:0 hesablı qələbə qazanıb.
Digər matçda isə “Neftçi” “Turan Tovuz”la üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 3:2 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
10 dekabr
15:00 “Sabah” – “Səbail” – 4:0
Baş hakim: Elçin Məsiyev
Bank Respublika Arena
18:00 “Neftçi” – “Turan Tovuz” – 3:2
Baş hakim: Əliyar Ağayev
Neftçi Arena
