“Sabah” Rumıniya klubuna məğlub oldu
25.07.2019 , 23:21

Türkiyədə təlim-məşq toplanışında “Sabah” bu gün qonşu ölkədə ilk yoxlama oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşıb. Matç “Sabah”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, “Sabah” Türkiyədə daha 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
25 iyul
Yoxlama oyunu
19:00. “Sabah” – “Konkordiya” (Rumıniya)- 1:2
Qol:Cavid Tağıyev, 51
