AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərin suallarını cavablandıran baş katib Elxan Məmmədov I Divizion klubu “Sabah”ın Premyer Liqaya gəlmək şanslarınının yüksək olduğunu bildirdi
Bununla bağlı yekun qərar Lisenziyalaşdırma Qrupunun iclasında qəbul olunacaq. Bəs “Sabah” Topaz Premyer Liqasına vəsiqə qazanarsa, hansı stadionda ev oyunlarını keçirəcək?
Futbol11.az saytı bununla bağlı informasiya əldə edib. Belə ki, “Sabah” elitada Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”dan yararlanacaq. Artıq bu stadionda müəyyən işlər də həyata keçirilir.
Qeyd edək ki, sabah başa çatmaq üzrə olan I Divizionda Binə qəsəbə stadionundan yararlanıb.
