“Sabah” Qazaxıstan millisinin üzvü ilə gücləndi – Rəsmi
21.01.2025 , 10:08

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovu transfer edib.
Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas, yığmada 28 oyun keçirib.
