“Sabah” qalib gəldi
01.07.2018 , 16:45

“Sabah” növbəti yoxlama oyununda qüvvəsini sınayıb
Premyer Liqanın debütantı öz əvəzediciləri ilə qarşılaşıb. Görüş əsas komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində qollara Elgün Nəbiyev və Famil Camalov imza atıblar.
Qeyd edək ki, “Sabah” növbəti yoxlama oyununu iyulun 7-də “Səbail”ə qarşı keçirəcək. Qarşılaşma “Bayıl Arena”da baş tutacaq.
