“Sabah” “Qəbələ”yə qalib gəldi
03.11.2025 , 21:25
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.
Korner.az xəbər verir ki, turun son oyun günündə yalnız bir qarşılaşma keçirilib.
“Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş Masazır təmsilçisinin minimal hesablı qələbəsi ilə bitib – 1:0.
Azərbaycan Premyer Liqası
X tur
3 noyabr
19:30 – “Sabah” – “Qəbələ” – 1:0
Qol: Stiv Solvet , 28
Baş hakim: Fərid Hacıyev
Məkan: “Bank Respublika Arena”