“Qəbələ” və “Zirə”dən qələbə
11.09.2021 , 23:26

Azərbaycan Premyer Liqasında bu gün 3-cü tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Əvvəlcə “Sabah” “Qəbələ”ni qəbul edib. Meydan sahibləri bu görüşdə uduzub – 0:2. Günün digər qarşılaşmasında isə “Zirə” səfərdə “Keşlə” ilə qarşılaşıb. Matç “Zirə”nin 2:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası, 3-cü tur
18:00. “Sabah” – “Qəbələ” – 0:2
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”.
20:15. “Keşlə” –“Zirə” – 0:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
“ASK Arena”.
