“Keşlə” uduzdu, “Sabah” qalib gəldi
07.02.2020 , 22:57

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.
Korner.az-ın məluimatına görə, ilk oyun günündə iki görüş keçirilib. Açılış matçında “Sabah” “Qəbələ”ni qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.
Günün digər matçında isə ikinci pillənin sahibi “Keşlə” autsayder “Səbail”i qəbul edib və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, turun daha iki görüşü sabah keçiriləcək.
7 fevral (cümə)
19:00.“Sabah” – “Qəbələ” – 3:2
Qollar: Marko Deviç, 20, Mario Marina, 22, Ozan Can Kökçü, 64 – Ülvi İsgəndərov, 4, Nikolas Raysel, 90+1
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
“Bank Respublika Arena”
21:00.“Keşlə” –“ Səbail” – 0:1
Qol: H. Ekşteyn, 51(pen)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Nicat İsmayıllı
“ASK Arena”
8 fevral (şənbə)
17:30.“Sumqayıt” – “Zirə”
Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
“Kapital Bank Arena”
20:00.“Qarabağ” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika stadionu
