“Sabah” – “Qəbələ” oyunu 1 manata
05.08.2023 , 15:15

Premyer Liqanın 1-ci turu çərivəsində keçiriləcək “Sabah” – “Qəbələ” oyununun biletləri artıq satışdadır.
Korner.az xəbər verir ki, komandanı mövsümün ilk oyununda stadiondan dəstəkləmək istəyənlər biletləri bu gündən “iticket.az” saytından, sabahdan etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə edə bilərlər.
Biletlərin qiyməti 1 və 2 AZN-dir.
