Sabah futbol üzrə Azərbaycan I Divizionunun 2014/2015 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Korner.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirin başlama vaxtı 15:00-dır. Bütün KİV nümayəndələri tədbirə dəvətlidir.
Qeyd edək ki, yeni mövsümdə futbol üzrə Azərbaycan I Divizionunda 16 komanda çıxış edəcək.
“Rəvan”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Ağsu”, “Şahdağ”, “Şuşa”, “Turan-T”, “Mil-Muğan”, “Lokomotiv”, “Şəmkir”, MOİK, “Kəpəz”, “Bakılı”, “Göyəzən”, “Energetik”, “Zirə”.
Yarışların ilk turu 6-7 sentyabr tarixlərində keçiriləcək.
