“Sabah” “Partizan”a qalib gəldi
10.08.2023 , 21:57

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Korner.az xəbər verir ki, “Sabah” bu raundda “Partizan”ı qəbul edib. Görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə bitib.
Komandalar arasındakı cavab oyunu bir həftə sonra Belqradda olacaq.
Konfrans Liqası
III təsnifat mərhələsi
10 avqust
20:00 Sabah – Partizan (Serbiya) – 2:0
