“Sabah” onu göndərdiyini rəsmən açıqladı
26.12.2019 , 14:00

“Sabah” Rocer Roxasla yollarını ayırdığını rəsmən elan edib.
Korner.az xəbər verir ki, bu haqda klubun saytının yaydığı açıqlamada bildirilir. Məlumatda bildirilib ki, honduraslı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Roxas bu ilin avqust ayında “Sabah”a keçib. 29 yaşlı futbolçu “Sabah”da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qola imza atıb.
“Sabah” FK Rocer Roxasa gələcək karyerasında uğurlar arzulayıb.
