“Sabah” onu göndərdi
25.07.2023 , 09:41

“Sabah” müdafiəçi Abdulaye Ba ilə yollarını ayırıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seneqallı futbolçu ilə ötən mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Abdulaye Ba 2022-ci ilin iyulundan “Sabah”da çıxış edirdi. O, Premyer Liqada 2022/2023 mövsümündə 22 oyuna çıxıb və 2 qol vurub.
