“Sabah” onu göndərdi
15.07.2022 , 14:52

“Sabah” futbolçusu Lukas Rangellə yollarını ayırıb.
Korner.az xəbər verir ki, braziliyalı hücumçu ilə müddəti başa çatan icarə müqaviləsi yenilənməyib.
Rangel “Sabah”la Premyer Liqada 8 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
27 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu “Vorskla”ya (Ukrayna) qayıdıb.
