“Neftçi”dən qələbə, “Sumqayıt”dan heç-heçə
26.09.2021 , 21:21

Bu gün Azərbaycan Premyer Liqasına V tura yekun vurulub.
Korner.az xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib. Günün ilk oyununda “Sabah” “Neftçi”ni qəbul edib və 1:2 hesabı ilə uduzub.
Turun son matçında isə “Sumqayıt” “Qəbələ”ni qəbul edib. Görüşdə hesab açılmayıb – 0:0.
Azərbaycan Premyer Liqası
V tur
26 sentyabr
17:00. “Sabah” – “Neftçi” – 1:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Bank Respublika Arena”
19:15. “Sumqayıt” – “Qəbələ” – 0:0
Hakimlər: Elçin Məsiyev. Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
“Kapital Bank Arena”
