“Sabah” “Mladost”la heç-heçəyə razılaşdı
25.01.2022 , 19:51

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün sonuncu yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivəsində Macarıstanın “Pakş” və Ukraynanın “Zarya” klubu ilə 1:1 hesablı heç-heçə edib.
