“Sabah” millimizin üzvü ilə yeni müqavilə imzaladı
26.05.2022 , 11:24

“Sabah” futbolçusu Aleksey İsayevlə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Aleksey İsayev 2020-ci ilin iyul ayından “Sabah”da oynayır. O, bu müddətdə komandada 50 oyunda 7 qol vurub.
