“Sabah” “Makkabi”yə qalib gəldi
25.07.2024 , 23:14

“Sabah” bu gün Konfrans Liqasında mübarizəyə başlayıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşıb.
Oyun təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Konfrans Liqası, ilk oyunlar
25 iyul
21:15. “Makkabi” (Hayfa, İsrail) – “Sabah” (Azərbaycan) – 0:3
Qollar: Pavol Şafranko, 60, Cessi Sekidika, 78, Xəyal Əliyev, 88
Hakimlər: Natan Verbumen, Matias Hillaert, Ruben Vins, Uesli De Kremer
“Varkert Sportpalya”, Macarıstan
