“Sabah” – “Makkabi” matçının hakimləri açıqlandı
18.07.2024 , 13:30

“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi”yə (Hayfa, İsrail) qarşı keçirəcəyi cavab oyununun hakimləri məlum olub,
Korner.az xəbər verir ki, matçın baş hakimi Referi Peter Kraloviç olacaq.
Ona Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.
Qeyd edək ki, “Sabah” – “Makkabi” oyunu avqustun 1-də baş tutacaq. Görüşə saat 20:00-da start veriləcək.
