“Sabah” – “Makkabi” matçına nə qədər bilet satılıb?
28.07.2024 , 21:16

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sabah” – “Makkabi” (Hayfa, İsrail) oyununa bilet satışı davam edir.
Korner.az xəbər verir ki, oyuna 2500 bilet satılıb.
Biletləri “iticket.az” saytından, həmçinin “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək olar.
Avqustun 1-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Makkabi” matçı saat 20:00-da başlayacaq. “Sabah” ilk oyunda İsrail klubunu 3:0 hesabıyla məğlub edib.
