“Sabah” məşqlərə nə vaxt başlayacaq?
28.12.2020 , 20:45
“Sabah”ın qış hazırlıq planı bəlli olub.
Korner.az xəbər verir ki, komanda mövsümün ikinci yarısının hazırlıqlarına yanvarın 8-də “Bank Respublika Arena”da start verəcək. Məlumatı klubun mətbuat xidməti yayıb.
“Sabah” hazırlıq zamanı yanvarın 14-də “Səbail”lə yoxlama oyununda qüvvəsini sınayacaq. Görüş “Bank Respublika Arena”da keçiriləcək.