“Sabah” məğlub oldu
15.07.2023 , 16:26

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Sabah” bu gün növbəti yoxlama matçına çıxıb.
Korner.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Almaniyanın “Sankt-Pauli” komandası ilə qarşılaşıb. 5 qolun vurulduğu oyunda “Sabah” meydanı məğlub tərk edib – 1:4.
“Sabah” Avstriya toplanışında ilk sınaq matçında “Əl Sədd”i (Qətər) məğlub edib – 3:1.
Yoxlama oyunu
15 iyul
14:00 Sankt-Pauli (Almaniya) – Sabah – 4:1
İtaliya, San Martino in Passiriya
