“Sabah” “Levante”yə uduzdu
13.12.2019 , 17:40

“Sabah”ın U-14 koamndası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Audi Cup” turnirində iştirak edir.
Korner.az xəbər verir ki, komanda yarışda ilk oyununu İspaniyanın “Levante” komandasına qarşı keçirib.
Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Oyunda Azərbaycan təmsilçisinin yeganə qoluna matçın son dəqiqəsində penaltidən Anar Cəbiyev imza atıb.
“Sabah” növbəti oyununu bu gün yerli “Saburtalo”ya qarşı keçirəcək.
