“Sabah” legionerini göndərdi
26.07.2024 , 16:30

“Sabah” futbolçusu Jarl Marqarita ilə yolları ayırıb.
Korner.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun qərarı ilə niderlandlı oyunçunun müqaviləsinə xitam verilib.
Jarl Marqarita 2023-cü ilin yayından “Sabah”da oynayırdı.
