“Sabah” legioneri ilə yolları ayırdı
30.01.2021 , 18:34

“Sabah” Nikola Vuyadinoviç ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Serbiyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Nikola 2020-ci ilin yayından bu komandada çıxış edirdi.
