“Sabah” Kipr klubuna məğlub oldu
30.07.2022 , 22:51

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxıb
Korner.az xəbər verir ki, komanda Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Yoxlama oyunu
30 iyul
19:30. “Sabah” – “Nea Salamina” (Kipr) – 1:2
