“Sabah” “Keşlə”yə məğlub oldu
13.07.2021 , 21:45

Yeni mövsümə hazırlığı davam etdirən “Sabah” bu gün yoxlama matçına çıxıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi “Keşlə” ilə qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən oyunda “Keşlə” 2:1 hesabı ilə qalib gəlib.
“Keşlə” daha əvvəl yoxlama matçlarında “Qarabağ”a 0:7 uduzub, “Səbail”lə 1:1 hesablı heç-heçə edib. “Zirə” ilə qarşılaşan “Sabah” isə qolsuz bərabərliyə razılaşıb.
